İdman növləri arasında ən çox qızların üstünlük verdiyi düşünülən Voleybol gündən günə oğlanlar tərəfindən sevilir və rəğbət görür. Voleybol tamaşaçısının sürətlə artması bunun bir sübutudur.
Voleybol arenalarında bir çox uğura imza atmış Azərbaycan komandalarının olması hamımıza məlumdur. Bu nailiyyətərimizi davam etdirmək və qazanılmış uğurlarda öz yetirmələrimizin daha böyük pay sahibi olması üçün Fenerbahçe İdman Məktəbi voleybol sahəsində də dərslərə qeydiyyata başlayıb.
Məlumatlarımız:
Aktiv idmançı kariyerasını davam etdirməkdə olan Ayşən Əbdüləzimova gənc yaşda olmasına baxmayaraq kifayət qədər təcrübəyə və nəaliyyətlə sahib voleybolçumuzdur.
Azərbaycan milli komandamızın heyətində 50dən çox oyunda iştirak etmiş idmançımız həm də Azərbaycan Super Liqası kimi çətin liqanın 4 qat gümüş mükafatçısıdır.
A.Əbdüləzimova: "Ümumiyyətlə idman sağlamlıqdır, türklərin bu mövzuda gözəl sözlər var: Sağlam ruh sağlam bədəndə olur. Əvvəla Azərbaycan uşaqlarının sağlamlığı naminə, eyni zamanda Azərbaycan voleybolu adına atılmış bu təqdirə addımda mən də varam. İstər milli komanda istərsə də klub səviyyəsindəki, xüsusi ilə də beynəlxalq arenalardakı təcrübələrimi uşaqlarımızla mütəmadi bölüşəcəm. Bütün uşaqları Fenerbahçe İdman Məktəbinə dəvət edirəm." Ayşən Əbdüləzimovanın məktəbimizin aparıcı simalarından biri olması Fenerbahçe İdman Məktəbi üçün böyük bir fəxrdir.
Komanda ruhu yaratmaq məqsədi ilə bütün uşaqların tək növ forma geyinməsi məcburidir. Bu haqda ətraflı məlumat məktəbimizə müraciət etdikdə veriləcəkdir.