Futbol dünyada ən çox yayılmış və ən popular idman növüdür. Qeyd edək ki, futbol tamaşaçısı digər idmanlardan qat-qat çoxdur və buna görə də futbol dünyada böyük məvaciblərin alındığı idmanlar arasında ilk sıradadır.
Futbol dünya idmanın və eyni zamanda Fenerbahçe İdman Məktəbinin diqqət mərkəzimizdədir. Azərbaycanımızın adını futbol aləmində qürurla çəkdirəcək idmançılar yetişdirmək üçün futbol məktəblərimizə qeydiyyat artıq başlamışdır. Aşağıdakı məlumatları diqqətinizə çatdırırıq:
Futbolla əlaqəsi olan bütün Azərbaycanlıların yaxından tanıdığı millimizin sabiq üzvü və hal-hazırki baş məşqçinin köməkçisi Mahmud Qurbanov Fenerbahçe Azərbaycan Futbol məktəbinin fəaliyyətinə öz dəstəyini göstərəcək. M.Qurbanov: "Bu təklifi alanda çox xoş oldu mənim üçün. İllərini futbola həsr etmiş bir adam üçün bu böyük fəxr və eyni zamanda böyük məsuliyyətdir. Millimizə dünya səviyyəli futbolçular qazandırmaq üçün Fenerbahçe klubunun göstərdiyi bu təşəbbüsə məndə əlimdən gələn köməkliyi edəcəm. Hər hansı bir sahədə məsləhətə ehtiyac duyulduqda mən öz təcrübəmi bölüşməyə hazıram." Qeyd edək ki, Fenerbahçe İdman Məktəbi olaraq Mahmud Qurbanov kimi usta futbolçunun dəstəyini yanımızda hiss etmək bizim üçün qürur vericidi və bu dəstəyə görə Mahmud bəyə sonsuz təşəkkürümüzü bildiririk.
Komanda ruhu yaratmaq məqsədi ilə bütün uşaqların tək növ forma geyinməsi məcburidir. Bu haqda ətraflı məlumat məktəbimizə müraciət etdikdə veriləcəkdir.